Tez-Tez Verilən Suallar

Əgər siz bizim saytdan məhsul sifariş etmək istəyirsinizsə, ilk olaraq saytımızdan “Qeydiyyatdan” keçməlisiniz. Daha sonra seçdiyiniz məhsulu “Səbətə At” vasitəsilə səbətə əlavə edirsiniz. “Ünvan əlavə et” bölməsinə daxil olub, boş xanaları doldurursunuz. Sonra isə şəhərinizə uyğun ödəniş üsullarından birini seçərək sifarişinizi tamamlaya bilərsiniz.

Saytımızda sifariş zamanı sizdən tələb olunan bölmələri ad, soyad, adres, şəhər, nömrə kimi vacib olan hissələri tam və dəqiq formada doldurmağınız lazımdır.

Bakı və Sumqayit Şəhərlərinə Çatdırılma 

Çatdırılma bizim kuryer xidməti tərəfindən, sifariş daxil olandan dərhal sonra, 48 saat/2 gün ərzində həyata keçirilir. Biz bazar günləri xaric, hər gün səhər saat 09:00-dan 19:00-dək sifarişləri çatdırırıq. Bizim kuryerlər bağlamanın çatdırılma gününü və vaxtını təyin etmək, eləcə də ünvanı dəqiqləşdirmək üçün sifarişin qeydiyyatında göstərdiyiniz telefona zəng edib, sizinlə əlaqə saxlayacaqlar.

Azərbaycanın Rayonlarına Çatdırılma 

Azərbaycanın istənilən rayonuna çatdırılma Azərpoçtun poçt xidməti vasitəsi ilə həyata keçirilir. Azərpoçt vasitəsi ilə çatdırılma zamanı siz öz sifarişinizi 2-5 gün ərzində qeydiyyatda göstərdiyiniz poçt şöbəsindən ala bilərsiniz.

Sifarişin məbləği 100 AZN-dən yuxarı olduqda pulsuz çatdırılma edilir. 

Baki şəhərinə <100 AZN-dən aşağı sifarişlər üçün Kuryer ilə çatdırılma qiymeti 5 AZN

Sumqayit şəhərinə 100 AZN-dən aşağı sifarişlər üçün Kuryer ilə çatdırılma qiymeti 10 AZN

Azərbaycanın rayonlarına Azerpoçtla çatdırılma <100 AZN-dən aşağı sifarişlər üçün (maksimum 2 kilograma qədər məhsullar üçün) çatdırılma qiymeti 12 AZN

Bakı və Sumqayit Şəhərləri Ödəniş Üsulları

Yerləşdirdiyiniz istənilən sifarişinizi sizin seçiminizə uyğun olaraq növbəti üsullar ilə ödəniş edə bilərsiniz:

  1. Bank kartları vasitəsi ilə onlayn ödəmə
  2. Sifariş etdiyiniz məhsul çatdırılan zaman bank kartları ilə POS-terminal vasitəsilə ödəmə
  3. Sifariş etdiyiniz məhsul çatdırılan zaman nağd pul vasitəsilə ödəmə

Azərbaycanın Rayonları Ödəniş Üsulları

Bank kartları vasitəsi ilə onlayn ödəmə: Ödənişi saytımızda bank kartları (VISA/MasterCard) vasitəsi ilə icra edə bilərsiniz. Onlayn ödənişlərin təhlükəsizliyini Kapital Bank təmin edir.

Kapital Banka məxsus Bir Kart taksit kartına sahib olan müştərilərimiz alış-veriş zamanı ödəniş vasitəsi olaraq Bir Kart seçməklə məbləği hissə-hissə ödəyə bilər.

Bir Kartla ödəniş zamanı ödənişinizi bu kredit formalarından birini seçərək edə bilərsiniz:

  • 3 Aylıq Taksitlə

Promo kodu sizə endirim qazandıran vasitədir. www.bonpoppy.az saytı endirim kampaniyaları və sərfəli aksiyalar təşkil edərək izləyicilərə endirim promokodu təqdim edir.

Promo kodu yalnız www.bonpoppy.az saytının səbət bölməsində və yalnız bir dəfə istifadə edilə bilər.

Əgər sizin promo kodunuz varsa, onu aşağıdakı formada istifadə edə bilərsiniz.
1. İstədiyiniz məhsulları səbətinizə topladıqdan sonra səbətə keçid edin.
2. Səbətinizin  “Promo kodu” bölməsində sizə təqdim olunmuş  promo kodu daxil edin və endirim qazanın!

Bəli. Siz istədiyiniz vaxt aşağıda qeyd olunan üsullardan biri vasitəsilə sifarişi ləğv edə bilərsiniz:

  • Sizə hələ çatmayan sifarişin ləğvi üçün sadəcə 050 997 10 33 nömrəsini yığaraq Çağrı Mərkəzimizlə əlaqə saxlayın.
  • Məhsulu təhvil alanda onun sizə hər hansı bir səbəbdən uyğun olmadığı tədqirdə, sifarişi ləğv etmək üçün sadəcə bu məlumatı Çatdırılma xidmətinin əməkdaşına bildirin və o, sifarişi geri götürəcək.

Ləğv olunan sifariş qabaqcadan ödənilibsə (saytda kart vasitəsilə ödənilibsə), vəsaitlər hesabınıza avtomatik şəkildə geri qayıdacaq. Çox vaxt bu proses 3 iş günündən çox vaxt tutmur.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında olan qanuna əsaslanaraq, Geri qaytarılma və dəyişdirilmə şərtləri ilə taniş olduqdan sonra sizə uyğun olmayan istənilən məhsulu geri qaytara bilərsiniz. Məhsulun geri qaytarılması birbaşa satıcıya təhvil verilməklə həyata keçirilir. Geri qaytarılma üçün 050 997 10 33  nömrəsini yığaraq Çağrı Mərkəzimizlə əlaqə saxlayın.

  • Geyinilməmiş və işlənməmiş (Geyimlərin etiketi üzərində olması, Qutulu məhsulların qutusunun zədələnməməsi şərti ilə) bütün məhsulları aldığınız tarixdən etibarən 14 gün müddətində dəyişə və ya pulunuzu geri̇ almaqla qaytara bilərsiniz.
  • Məhsulları orijinal vəziyyətində 2 çeklə birlikdə gətirməlisiniz.
  • Sizə geri qaytarılan məbləğ ödədiyiniz formada olacaq.
  • Məhsullar ancaq alındığı ölkədə dəyişdirilir və ya geri qaytarılır.
  • Gigiyena məqsədləri üçün alt paltarı, zinyət əşyaları, qutusu açılmış əmziklər, butulkalar və kosmetika dəyişdirilmir və ya geri qaytarılmır.
  • Alınan məhsulların dəyişdirilməsi və qaytarılması müştərilərimiz tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün siz saytımızın “Onlayn Söhbət” xidmətinə müraciət edə bilərsiniz. Bundan əlavə 050 997 10 33 ilə və ya info@bonpoppy.az vasitəsilə əlaqə saxlaya bilərsiniz.