Mağazamıza Xoş Gəlmisiniz!

Bonpoppy körpələrin ilk günlərindən başlayaraq 8 ilə qədər olan müddətdə ana və uşağın bütün ehtiyaclarına cavab verən mağazalarımızın veb saytıdır.
Haqqımızda baby about us
Logo

Bonpoppy; yüksək keyfiyyətli məhsul, mehriban kollektiv, yüksək xidmət standartları, münasib qiymətlər, məhdudiyyətsiz məlumata sahib mağazalar şəbəkəsinin internet saytıdır. Müştərilərimizin rahatlığını düşünərək alış-verişdən sonra ildə 365 gün hər cür köməklik edən individual bir internet saytıyıq.

Bonpoppy gələcək analara və atalara xidmət etməkdə davam edir, Azərbaycan Respublikasında Chicco İtalyan brendi rəsmi distribütorluğunu və ilk mağazasını 2012-ci ildə Baki şəhərinin 28 Mall ticarət mərkəzində müştərilərin istifadəsinə vermişdir.

Hər keçən gün ana və ata, valideyn olmağa hazırlaşan, körpəsinə qayğı üçün lazım olan hər hansı bir məlumat, xidmət, köməklik, məsləhət və sağlam mühitdə böyütmək üçün, İtalyan Brendinin Məhsullarının Azərbaycan Respublikasında alışverişinin həyata keçirtmək məqsədi ilə mağazalarimizin sayını artırmışıq.

Muştəri məmnuniyyəti üçün Bonpoppy, uşaqları olan ailələrin yeganə ehtiyacının uşağın fiziki tələbləri olmadığını başa düşərək, körpələrlə ailələrin ən kiçik detallarına qədər hər şeyi düşünməyə çalışan bir təşkilata malikdir.

Bonpoppy, ən yaxşı markaları və minlərlə məhsulu əhatə edən zəngin bir çeşidə malikdir. Valideynlərin, uşaqların ehtiyaclarına cavab verir və axtardığınız bütün məhsulları sizə təklif etməyə çalışır.

Bonpoppy-də elit markaların məhsulları gigiyena və uyğunluq sertifikatları ilə təmin olunmuşdur. Bonpoppy həmçinin satış sonrası xidmət prosesində məmnuniyyətə diqqət yetirir; qüsurlu məhsulların mübadiləsi və ya geri qaytarılması imkanı təklif edir, çatdırılma problemlərinin sürətli həllini təmin edir. Satılmış məhsulların orijinallığı və keyfiyyəti haqqında Bonpoppy tərəfindən təmin edilir.