Sifarişin Ləğv Edilməsi və Qaytarılması

Sifarişi Ləğv Etmək

Bəli. Siz istədiyiniz vaxt aşağıda qeyd olunan üsullardan biri vasitəsilə sifarişi ləğv edə bilərsiniz:

  • Sizə hələ çatmayan sifarişin ləğvi üçün sadəcə 050 997 10 33 nömrəsini yığaraq Çağrı Mərkəzimizlə əlaqə saxlayın.
  • Məhsulu təhvil alanda onun sizə hər hansı bir səbəbdən uyğun olmadığı tədqirdə, sifarişi ləğv etmək üçün sadəcə bu məlumatı Çatdırılma xidmətinin əməkdaşına bildirin və o, sifarişi geri götürəcək.

Ləğv olunan sifariş qabaqcadan ödənilibsə (saytda kart vasitəsilə ödənilibsə), vəsaitlər hesabınıza avtomatik şəkildə geri qayıdacaq. Çox vaxt bu proses 3 iş günündən çox vaxt tutmur.

Məhsulun Geri Qaytarılması

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında olan qanuna əsaslanaraq, Geri qaytarılma və dəyişdirilmə şərtləri ilə taniş olduqdan sonra sizə uyğun olmayan istənilən məhsulu geri qaytara bilərsiniz. Məhsulun geri qaytarılması birbaşa satıcıya təhvil verilməklə həyata keçirilir. Geri qaytarılma üçün 050 997 10 33  nömrəsini yığaraq Çağrı Mərkəzimizlə əlaqə saxlayın.

Geri Qaytarılma və Dəyişdirilmə Şərtləri
  • Geyinilməmiş və işlənməmiş (Geyimlərin etiketi üzərində olması, Qutulu məhsulların qutusunun zədələnməməsi şərti ilə) bütün məhsulları aldığınız tarixdən etibarən 14 gün müddətində dəyişə və ya pulunuzu geri̇ almaqla qaytara bilərsiniz.
  • Məhsulları orijinal vəziyyətində 2 çeklə birlikdə gətirməlisiniz.
  • Sizə geri qaytarılan məbləğ ödədiyiniz formada olacaq.
  • Məhsullar ancaq alındığı ölkədə dəyişdirilir və ya geri qaytarılır.
  • Gigiyena məqsədləri üçün alt paltarı, zinyət əşyaları, qutusu açılmış əmziklər, butulkalar və kosmetika dəyişdirilmir və ya geri qaytarılmır.
  • Alınan məhsulların dəyişdirilməsi və qaytarılması müştərilərimiz tərəfindən həyata keçirilir.