Dr.Brown’s Deluxe Butulka Sterilizatoru
Sterilizatorun yanlarında maşa və su ölçü qabı yerləşir.
Butulkaların əmzik başlıqları, əmziklər və s. xırda hissələr üçün nəzərdə tutulmuş məcməyisi var.
Əvvəlcə sterilizatorun daxili qapağını çıxqrıb ölçü qabına uyğun olaraq daxilinə su tökürsünüz. Daha sonra butulkaları səliqə ilə yerləşdirirsiniz. Daha sonra üst hissədə yerləşən məcməyiyə dqha xırda məhsulları yerləşdirirsiniz. Düyməsini basırsınız və sterilizə müddəti başlayır. 12 dəqiqə sterilizə edildikdən sonra sterilizator avtomatik olaraq qapanır. (Sterilizator elektriklə işləyir)
Sterilizatorun qapağını ehtiyatla açıb, daxilindəki buxqr çölə çıxdıqdan sonra maşa işə məhsulları rahatca sterilizatordan çıxara bilərsiniz.
Sterilizator mikrob və bakteriyaları 99.9% məhv edərək körpələrinizə gigiyenik qulluğu təmin edir.
Dr.Brown’s məhsullarının tərkibində Bisfenol-A yoxdur!