Dr.Brown’s Əmzirmək üçün Silikon Qoruyucular və Sterilizasiya Qabı Ölçü2
Ananın döşünün forması ilə tam eyni olduğu üçün körpənin qidalanması üçün heç bir maneə törətmir. Əksinə körpənin qidalanmasını daha da asanlaşdırır.
Qoruyucunun ucunda yerləşən 13 kiçik dəlik ana döşünü təqlid edir və südün bir yerə yığılmasının qarşısını alır.
Əmzirmə zamanı ananın döş giləsini zədələnmədən qoruyur.
Bağlamada olan qab qoruyucuları gigiyenik şəkildə daşımaq və sterilizasiya etmək üçün nəzərdə tutulub.
Silikon qoruyucuları qaba yerləşdirib içinə 125ml su tökdükdən sonra mikrodalğalı sobada 3 dəqiqə sterilizə edirik. Sterilizə zamanı 99.9% bakteriyalar məhv olur.
Məhsul 2 müxtəlif ölçüdə var:
Ölçü 1: 24mm və daha kiçik döş gilələri üçün
Ölçü 2: 25mm və daha böyük döş gilələri üçün
Qabyuyan maşının üst rəfində yumaq, sterilizatorda sterilizə etmək təhlükəsiz və rahatdır.
Dr.Brown’s məhsullarının tərkibində Bisfenol-A yoxdur.