BeeO Damla 20ml
Bee’o Propolis Damlasını bal, bəkməz, qatıq və s. ilə istifadə edə bilərsiniz. İstər isti, istərsə də soyuq bütün bərk qidalara ataraq qəbul edə bilərsiniz.
Aktiv tərkib: 20% saf propolis var. Propolisin miqdarı standartlaşdırılıb.
Bu məhsul İstanbul Texniki Universitetində Arı Teknokentdə inkişaf etdirdiyimiz patentli texnologiya ilə su və etanol (Qida dərəcəli) məhluldan istifadə edərək xam propolisin çıxarılması ilə hazırlanır.
İstifadə Tövsiyəsi: Bal, bəkməz, qatıq və çörək kimi qidalarla 4-10 yaş arası uşaqlar üçün gündə 10-40 damcı, 11 yaşdan yuxarı olanlar üçün isə gündə 20-80 damcı qəbul edilməsi məsləhət görülür. Əgər propolisdən ilk dəfə istifadə edirsinizsə, propolisə qarşı allergiyanızın olub olmadığını öyrənmək üçün 1 damcı ilə başlaya və tədricən damcı sayını artıra bilərsiniz.
Saxlama şəraiti və rəf ömrü: Məhsulu quru mühitdə, otaq temperaturunda (təxminən 22°C) saxlayın, yüksək temperaturdan qoruyun. Rəf ömrü 36 aydır.