Bioderma Cicabio Bərpaedici Qulluq Kremi 40ml
Bu krem epidermisin rekonstruksiyasının bioloji prosesinin hər bir mərhələsində təsir göstərən üçlü bərpaedici aktiv maddələrdən ibarətdir. Tərkibindəki antibakterial maddələr (mis-sink) epidermi qoruyur. Aktiv tərkib hissəsi olan Antalgicine narahatlıq hissini tez bir zamanda sakitləşdirir və cızılma həvəsini azaldır.
Hialuron turşusu və nəmləndirici aktiv maddələrlə birləşən “sarğı effekti” teksturası dərinin çox yaxşı qorunmasını təmin edir.
Sonradan yağlılıq hissi olmadan tez nüfuz edir.
Dermatoloji nəzarət altında sınaqdan keçirilmişdir.
Komedogen deyil, ətirli deyil.
Fransa istehsalıdır.
İSTİFADƏ ÜÇÜN TƏLİMATLAR:
- Əvvəllcə təmizlənmiş və qurudulmuş nahiyəyə çəkin.
- Tam sağalana qədər gündə 1-2 dəfə istifadə edin.
- Vaxtından əvvəl doğulmuş körpələrdə istifadə etməyin!
- Göz bölgəsindən çəkinin! Dərinin yarası davamlı və ya nəmdirsə, bir sağlamlıq mütəxəssisi ilə məsləhətləşin.
- 6 aydan etibarən dodaqlara tətbiq olunur. Böyüklər üçün nəzərdə tutulmuş xarici selikli qişalara tətbiq oluna bilər.
- Məhsulun rəngi formulun tərkib hissələri ilə bağlıdır.
- Göstəriş: Zədələnmiş, qıcıqlanmış dərilərə qulluq. Üz, bədən, dodaqlar. Yetkinlər, uşaqlar, körpələr.